İstanbulda 14 motosikletçi nəqliyyata təhlükə yaratdığı üçün saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Bildirilir ki, İstanbulun Eyüpsultan məhəlləsində 14 motosikletçi nəqliyyata təhlükə yaratdığı üçün saxlanılıb.
Motosikletçilərin arxa təkərdə kimin daha uzun sürə biləcəyini və ön təkəri mümkün qədər yüksək qaldıra biləcəyini görmək üçün video çəkən tiktokerlər olduğu ortaya çıxıb.
Yaxalananlar avtomobili yanlış istiqamətə çıxarma, həddindən artıq qaz buraxma, dəbilqə taxmama kimi qayda pozuntularına görə ümumilikdə 251 249 TL (təxm. 12 500 man) inzibati cəriməyə məruz qalıblar.
Xuraman Etibarlı
İnterpress.az