Vyetnamda yol çökdü: İki avtomobil çuxura düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Daşqın suları yolun altını yuyub, xoşbəxtlikdən xəsarət alan olmayıb.
Hadisə Vyetnamda baş verib. Güclü daşqın suları avtomobil yolunun altındakı torpaq qatını yuyub aparıb.
Nəticədə yolda çökmə baş verib və yaranan boşluğa iki avtomobil düşüb. Hadisə zamanı ölən və ya yaralanan olmadığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






