Yoxuşda park edilən avtomobilin hərəkətə gəlməsi bədbəxt hadisə ilə bitdi – VİDEObackend

Yoxuşda park edilən avtomobilin hərəkətə gəlməsi bədbəxt hadisə ilə bitdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul şəhərinin Sancaktepe rayonunda yoxuşda park edilən avtomobilin geriyə hərəkət etməsi bədbəxt hadisə ilə bitib.

Hadisə anbaan ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Gözlənilmədən geriyə doğru hərəkət edən nəqliyyat vasitəsi əlində ərzaq torbası ilə alış -verişdən evə qayıdan şəxsə, daha sonra isə divara çırpılıb.

Piyada ətrafdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb. Onu yüngül xəsarət aldığı bildirilir.