Yüksək vəzifəli məmur həyat yoldaşına qarşı zorakılıqda ittiham edilərək həbs edilibbackend

Yüksək vəzifəli məmur həyat yoldaşına qarşı zorakılıqda ittiham edilərək həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda Tkibuli meriyasının yüksək vəzifəli məmuru həyat yoldaşına qarşı zorakılıqda ittiham edilərək həbs edilib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata əsasən, meriyanın satınalma xidmətinin rəhbəri Coni Kasraşvili sərxoş halda həyat yoldaşına zor tətbiq edib. Qadın kömək üçün təcili yardım çağırıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları da həmin yerə gələrək Tkibulidən olan yüksək rütbəli məmuru həbs ediblər.

Bildirilir ki, Kasraşvili hazırda Bağdati təcridxanasındadır və ittihamın rəsmi təqdimatını gözləyir, bundan sonra məhkəmə ittihamın detallarını müzakirə edəcək.