Yunanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 2 nəfərə çatıbbackend

Yunanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanda dünəndən bəri davam edən daşqınlar nəticəsində həyatını itirənlərin sayı 2-yə yüksəlib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yunanıstan yanğınsöndürmə briqadasının verdiyi açıqlamaya görə, Maqnisiyada sel sularından yaşlı bir adamın cəsədi çıxarılıb.

Belə ki, ötən gün həyatını itirən 70 yaşlı insanla ölkədə daşqınlar nəticəsində ölənlərin sayı 2-yə yüksəlib.

Axtarış-xilasetmə qruplarının səylərinə baxmayaraq, selin üstünlük təşkil etdiyi bölgədə itkin düşdüyü bildirilən 80 yaşdan yuxarı 3 nəfər hələ də tapılmayıb.

Dünən başlayan və bu gün də davam edən leysan yağışından sonra baş verən sel və daşqınlar bir çox sağlamlıq ocaqları və xəstəxanalara da təsir edib.