Yunanıstanda meşə yanğınları kəndi külə çevirdi: Ada sakinsiz qaldıbackend

Yunanıstanda meşə yanğınları kəndi külə çevirdi: Ada sakinsiz qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın Eviya adasında meşə yanğınları bir neçə istiqamətdə yayılıb. Yaxınlaşan alova görə kənd sakinləri paromlarla təxliyə olunub.

Bu barədə RT kadrlar yayıb.

Məlumata görə, Eviyada yüzlərlə ev yanıb külə çevrilib. Hökumət yanğına nəzarətin əldən çıxdığını bildirib.

Bundan əvvəl qədim Olimpiya sakinləri evlərini tərk etmək məcburiyyətində qalmışdılar. Ümumilikdə ölkədə 150-dən artıq nəhəng yanğın ocağı var. Vəziyyəti çətinləşdirən amillər isə – kölgədə 40 dərəcədən yuxarı temperatur və güclü küləkdir.

Qeyd edək ki, indiyə qədər yanğınlarda iki nəfər həlak olub, 20 nəfər yaralanıb.