Yunanıstanda bu il Qərbi Nil virusundan 20 nəfərin öldüyü bildirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yunanıstanın Milli Xalq Sağlamlığı Təşkilatından (EODY) verilən açıqlamada virusun ölkənin müxtəlif bölgələrində 20 nəfərin ölümünə səbəb olduğu bildirilib.
Son bir həftədə 5 yeni xəstəliyə diaqnoz qoyulduğu qeyd edilən açıqlamada ağcaqanadlardan fərdi qorunmanın vacibliyi vurğulanıb.
Virusun xüsusilə Kardiça, Larissa, Trikala, İmathia, Saloniki, Pela, Pieria, Kilkis, Serres, Halkidiki, Kavala, Drama, Rodop, Xanthi, Meriç, Kastoria, Arta və Ioannina bölgələrində aşkar edildiyi bildirilib.
Mütəxəssislər halların artacağını qiymətləndirib.