Banqkokda yüzlərlə saxta pasport satan rusiyalı tutulub.
interpress.az xəbər verir ki, bu barədə Tailand mediası məlumat yayıb. Bildirilir ki, Tailand polisi Banqkokda yüzlərlə saxta pasport, o cümlədən Amerika pasportu satmaqda şübhəli bilinən rusiyalını saxlayıb.
Sənədlər Dominikan Respublikasında çap olunub, sonra poçtla “pasport məmurlarına” göndərilib. Şirkətin öz internet saytı və rəsmi qeydiyyatı var imiş.
Polisin məlumatına görə, cinayətkar qrupun rəhbəri saxlanılan rusiyalı olub. Onu Anton Tışkeviç çağırırlar. Zərərçəkmişlərə dəyən ümumi zərər 820 min dollardan çox olub.
Xuraman Etibarlı
İnterpress.az