Zahid Oruc: “Siyasi vəzifə tutan nazirlər and içsinlər”backend

Zahid Oruc: “Siyasi vəzifə tutan nazirlər and içsinlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“İndi Şuşa və bütün Qarabağ hər bir hakimiyyət təmsilçisinin fəaliyyətini qiymətləndirmək üçün bir barometrə çevrilib. Lakin bir qism siyasət, media və şəbəkə adamlarının dövlət başçısının məqsədlərini təhrif edərək, “bütün məmurlara nifrət” yağdırması, ölkəmizi məğlub Ermənistanın hakimiyyəti ilə az qala bir sırada göstərməsi yolverilməzdir”.

İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc bildirib.

O bildirib ki, kimsə külli miqdarda dövlət vəsaitini mənimsəyibsə, o, əməllərinə görə cavab verəcək.

“Lakin yüksək çinli məmurları tənqid edərkən on illər ərzində əldə olunan bütün uğurları inkar etmək, xüsusilə də Vətən müharibəsində qələbəmizə zərbə vurmaq qəbuledilməzdir. Üç-beş nazir dövlət demək deyil. Dünyada belə analogiya yoxdur. Bir nazir ucbatından on minlərlə dövlət qulluqçusunu oğru, quldur, talançı adlandıranlar Qarabağ məsələsi həll olunduğu üçün son silaha – məmur məsələsinə əl atıblar”, – deyə Z.Oruc əlavə edib.

Z.Oruc təklif edib ki, ABŞ-ın dövlətçilik ənənəsində əsrlərdir davam edən, bizdə də siyasi vəzifə tutan nazirlər də hakimlər və dövlət qulluqçuları kimi and içsinlər.

“Eyni zamanda, Dövlət Qulluğuna dair Yeni Məcəllə qəbul edilsin. Əslində “dəmir yumruq” yalnız 44 gün üçün deyil. O, “Qalib əl” həmişə qüvvədə olacaq: Qarabağa “Böyük qayıdış”da da, təmiz-şəffaf idarəçiliyin və ictimai ədalətin bərqərar olunmasında da”, – deyə o, fikrini yekunlaşdırıb.

Bünyamin Bünyadzadə 

İnterpress.az