Avqustun 12-də gecə saat 01 radələrində Zaqatala rayonunun Fındıqlı kəndində 1990-cı il təvəllüdlü Amid Şabanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 31 yaşlı Taleh Xəlilova bıçaqla xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətindən Şəki regional qrupundan İnterpress.az-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində A.Şabanov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.