Zaqatalada yük maşını körpüdən aşıbbackend

Zaqatalada yük maşını körpüdən aşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatalada yük maşını körpüdən aşıb.

Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonunun Mazıx kəndi ərazisindən keçən hissəsində baş verib. “Qazel” markalı, 34 AC 272 dövlət nömrə nişanlı yük maşını idarəetməni itirərək ərazidən axan çayın üzərindəki körpüdən çökəkliyə aşıb. Sürücü maşında sıxılmış vəziyyətdə qalıb. Sürücünü xilas etmək üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib.

Hazırda sürücünün xilasetmə prosesi aparılır.