Zaurun verilişində dava düşdü: “Üç mənim boydasan…“backend

Zaurun verilişində dava düşdü: “Üç mənim boydasan…“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATV-də yayımlanan “Bizimləsən” proqramında gərgin anlar yaşanıb.

Yenisabah.az axşam.az-a istinadən xəbər verir ki, verilə övladını axtarmaq üçün gələn Elmira adlı qadınla aktrisa Cəmilə Tağızadə dava edib.

Cəmilə efirdə qadına deyib: “Sən burada övladını axtarırsan, amma başqasına qarğış edirsən. Nədi demişəm, get işlə. İşləmək eyibdir? Üç mənim boydasan, atam dünyasını dəyişəndə 48 kiloqram idim, gedib işləyirdim. İşləmək nə zamandan təhqir olub? Səninkimilər işləməyi özünə eyib bilir”.

Elmira isə “Sənə başqası deyiləm, artıq-əskik danışma. Mənə dilənçi dedin” deyib. Cəmilə isə ona qışqıraraq “Dilənçisən, “siqan”san” cavabını verib.

Elmira Cəmiləyə hücum edərkən halı pisləşib, studiyada ürəyi gedib.