Zaurun yalanını açdı: “Efirdə yardım edəcəyini deyib, sonra vermədi”backend

Zaurun yalanını açdı: “Efirdə yardım edəcəyini deyib, sonra vermədi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aparıcı Zaur Kamalla bağlı etiraf edib.Axşam.az xəbər verir ki, “Həmin Zaur” proqramında aparıcının musiqiçi ilə bağlı dediyi “Deyir ki, 30 manatdan pul yığın gəlin bağıma sizə kabab bişirim. Utanmırsan?” sözləri qarşı tərəfi əsəbiləşdirib.

“Canlı efirdə yardım üçün pul yığırdıq. Dünyasını dəyişən musiqiçi dostlarımıza yardıme dirdik. Zaur efirdə dedi ki, mən də 100 manat verəcəm. Reklam fasiləsində dedim ki, pulu ver. Qayıtdı ki, efirə görə deyirdim, başqaları verdi bəsdir” deyə, Hüseyn söyləyib.

Zaur isə klarnet ifaçısının mikrofonunun bağlanmasını istəyib. Aparıcı “Cibimdə pul yox idi, bir müğənninin sponsoru dedi ki, mən verəcəm. 50 manat verdi, 50 manatı qaldı” cavabını verib.