Amerikaya təşəkkür edirəm, dəstəyə görə təşəkkür edirəm, bu səfərə görə təşəkkür edirəm.
İnterpress.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşündən dərhal sonra X-də yazıb.
“Amerikaya təşəkkür edirəm, dəstəyə görə təşəkkür edirəm, bu səfərə görə təşəkkür edirəm.
Prezidentə, Konqresə və Amerika xalqına təşəkkür edirəm.
Ukraynanın ədalətli və davamlı sülhə ehtiyacı var və biz bunun üçün çalışırıq”, – Zelenski qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az