Zelenski Norveçdən silah istəyirbackend

Zelenski Norveçdən silah istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə günü, martın 30-da Norveç parlamentində çıxış edib.

“Ukraynanın Qara və Azov dənizlərindəki limanları Rusiya tərəfindən işğalın ilk günündən bağlanıb. 100-ə yaxın gəmi Aralıq dənizinə girə bilmir. Bəzi gəmilər sadəcə ələ keçirilib. Bu, yük oğurlamaq üçün piratçılıqdır. Bir neçə gəmi yanğına məruz qalıb… Onlar dənizi da minalayıblar. Bu, hamı üçün təhlükədir. Qara dəniz regionunda istənilən ölkənin istənilən gəmisi üçün”, – Zelenski bildirib.

İnterpress.az-ın məlumatına görə, o, xatırladıb ki, bu minalardan biri Bosfor boğazında, digəri Bolqarıstan sərhədi yaxınlığında, üçüncüsü isə Rumıniya sahillərində aşkar edilib.

Zelenski, çıxışı zamanı Norveçdən mobil zenit-raket kompleksləri və gəmi əleyhinə raketlər verməsini xahiş edib.

“Bizə nə lazım olduğunu açıq şəkildə bildirmək istəyirəm. Xüsusilə, gəmi əleyhinə silahlar – “Harpun” raketləri, eləcə də NASAMS zenit sistemləri. Bundan əlavə, zirehli texnikaları, artilleriya sistemlərini məhv etmək üçün silahlara ehtiyacımız var. Bütün silahlar yalnız azadlığınızı qorumaq üçün istifadə olunacaq”, – deyə Zelenski bildirib.

Bundan əlavə, Ukrayna prezidenti qeyd edib ki, Norveç Avropanın enerji təhlükəsizliyinə həlledici töhfə verə bilər.

Xatırladaq ki, martın 24-də Berdyansk limanında Ukrayna Silahlı Qüvvələri Qara Dəniz Donanmasının iri “Saratov” desant gəmisini məhv edib. Yanğın digər gəmilərə, yanacaq və sursatlara da keçib.