Trampın sülh planı internetə sızıb.
İnterpress.az xəbər verir ki, Trampın Ukrayna mediaya “sızan” sülh planı “Daily Mail” tərəfindən dərc edilib: Putinlə danışıqlar, Pasxa bayramına qədər atəşkəs və Zelenskinin NATO arzusuna son və s.
Tramp Zelenskini aprelin 20-dək təslim olmağa inandıracaq.
“Atəşkəs aprelin 20-də baş tutacaq və bu, Rusiyanın amansız irəliləyişini dayandıracaq.
Ukrayna qoşunları da avqustda əks-hücumun başladığı Rusiyanın Kursk vilayətini tərk etməyə məcbur olacaq.
Bildirilir ki, Ukraynanın NATO-ya üzvlüyü qadağan olunacaq və Rusiyanın suverenliyini tanıması tələb olunacaq.
Bu planların həyata keçirilməsinə fevralın əvvəlində Putin və Zelenski arasında telefon danışığı, martın əvvəlində onların görüşü və daha sonra aprelin 20-dək atəşkəslə bağlı rəsmi bəyanat daxil olacaq.
Daha sonra mayın 9-dək müharibənin başa çatması üçün razılaşdırılmış parametrlər haqqında bəyannamə açıqlanacaq. Bundan sonra Kiyevdən hərbi vəziyyəti uzatmamaq və qoşunları səfərbər etməmək istəniləcək”, – mediaya sızan məlumatda deyilir.
Xuraman Etibarlı
İnterpress.az