Zelenski Ukraynanın Rusiya ilə münaqişədə uduzacağını bilir.
İnterpress.az xəbər verir ki, bu barədə fin siyasətçi Armando Mema bildirib.
O deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə münaqişədə ölkəsinin məğlub olacağının fərqindədir.
Siyasətçinin sözlərinə görə, ölkənin yoxsullaşmasının və öz vətəndaşlarının ölümünün qarşısını almaq üçün Zelenski Rusiyanın tələblərini yerinə yetirməlidir.
Xuraman Etibarlı
İnterpress.az






