Zəngəzur dəhlizi dalandan çıxır? – Bölgədə proseslər sürətlənirbackend

Zəngəzur dəhlizi dalandan çıxır? – Bölgədə proseslər sürətlənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu görüşlərin əsasını 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Birgə Bəyanatın 9-cu maddəsinə uyğun olaraq keçirilir”.

Bunu Yenisabah.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov bildirib.

Qeyd edək ki, ötən gün Azərbaycan, Ermənistan və Rusiya hökumət başçıları müavinlərindən ibarət Üçtərəfli İşçi Qrupunun növbəti iclası baş tutub. Görüşdə Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivləri, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin yanvarın 11-də qəbul etdikləri 4 maddəlik birgə bəyanat çərçivəsində görülən işlərin gedişatı müzakirə olunub. Tərəflər 8-ci görüşün ikinci hissəsinin yaxın vaxtlarda keçirilməsi barədə razılığa gəliblər.

Moskva görüşündə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk iştirak ediblər.

Mövzunu davam etdirən İlyas Hüseynovun sözlərinə görə, müzakirələrin nəticələri ictimaiyyətə açıqlanmayıb: “Müyyən razılıqlar əldə olunub və bir sıra müsbət mesajlar var”.

Politoloq vurğulayıb ki, Ermənistanın təkidlə və israrla bildirdiyi bir məsələ var:

“Bu, kommunikasiya xəttlərinin açılmasının dəhliz formasında olmamasıdır. Bunu dəfələrlə Ermənistanın Baş naziri Nikol Paşinyan da, Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan da, Baş nazirin müavini Mqer Qriqoryan da bildirib. Çünki Ermənistanda, əsasən də Qərbi Zəngəzurda bu məsələni çox ağrılı, Ermənistanın iflası kimi qəbul edirlər. Həmçinin dəhliz məsələsində də inkarçılıq strategiyasına üstünlük verilir və məsələyə sırf buna bölgədəki nəqliyyat və kommunikasiya xəttlərinin açılması, eləcə də nəqliyyat əlaqəsinin təmin olunması kimi baxırlar”.

“Əsas meyar bundan ibarətdir ki, işlər dəhliz formasında həyata keçirilsə, zəmanəti Ermənistan, nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Qoşunları həyata keçirməlidir. Yəni FTX əməkdaşlarının, eləcə də orada olan hərbi qulluqçuların bu yüklərə nəzarət etməsi, həm də bunun dəhliz olması anlamına gəlir.

Əslində, Ermənistan tərəfindən daxili auditoriyaya verilən mesajlar həqiqəti əks etdirmir. Əgər burada sürətli şəkildə yükdaşımalar həyata keçiriləcəksə və Mərkəzi Asiyadan gələn yüklərin Azərbaycan ərazisindən keçməsi, Zəngəzur vasitəsilə Naxçıvan, daha sonra Türkiyəyə nəql olunması baş verəcəksə, bu kommunikasiya xəttləri, artıq dəhliz formasında olmalıdır. Düşünmürəm ki, avtomobillərin və qatarların yoxlanması prosesi uzun müddət alacaq. Uzun müddət alacaqsa, onda rentabellik aşağı düşür və digər alternativ nəqliyyat marşrutlarında geriləmə müşahidə olunacaq. Bu isə nəzərdə tutulan planların üzərindən xətt çəkilməsi deməkdir.

Azərbaycan üzərinə düşən məsuliyyəti anlayır. Ölkəmizdə olan nəqliyyat marşutlarının yeni texnologiyalar əsasında bərpa prosesi həyata keçirilməlidir.

Dalana dirənmiş Zəngəzur dəhlizinə gəlincə, hesab edirəm ki, tərəflərin ümumi siyasi iradəsi sayəsində bu işin də öhdəsindən gəlmək mümkün olacaq”, – deyə İlyas Hüseynov fikirlərini tamamlayıb.

Rafi Müslümov

Zəngəzur dəhlizi dalandan çıxır? - Bölgədə proseslər sürətlənir