Zəngəzur vilayətinin keçmiş qubernatorunun oğlu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediasına onun vəkili Vaaqn Keşişyan məlumat verib.
O bildirib ki, Zəngəzur (Sünik) vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu Tiqran Xaçatryan 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
“Xaçatryan qanunsuz silah və sursat saxlamaqda, xuliqanlıqda və sağlamlığa orta dərəcəli xəsarət yetirməkdə ittiham olunur.
Dekabrın sonunda o, həbsdən azad edilib və onun həbsi alternativ həbs-qətimkan tədbiri ilə əvəz edilib”, – vəkil deyib.
Xatırladaq ki, Tiqran Xaçatryan 2023-cü il iyunun 19-da avtomobil servislərindən birində servisin 46 yaşlı əməkdaşını güllələyib.
Xuraman Etibarlı
İnterpress.az