Zidan ən ödənişli baş məşqçi olacaqbackend

Zidan ən ödənişli baş məşqçi olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zinəddin Zidan tezliklə Fransanın PSJ komandasına baş məşqçi təyin olunacaq.

İnterpress.az-ın məlumatına görə, Paris komandasının rəhbərliyi 50 yaşlı mütəxəssisin bütün şərtlərini yerinə yetirib.

İyunun 11-də tərəflər arasında həlledici gün olacaq. Zidanın dünyada ən yüksək ödənişli baş məşqçi olacağı bildirilir.

Lakin maliyyə şərtləri danışıqlarda heç vaxt maneə olmayıb. Fransalı mütəxəssis komanda üzərində tam idman nəzarətini ələ almaq istəyib. Bunun üçün idman direktoru Leonardo ilə vidalaşmaq lazım idi. Zidan hücumçu Kilian Mbappenin komandada saxlanılmasının gərəkliyini də vurğulayıb. Nəticədə hər iki şərt yerinə yetirilib.

Hazırda əsas problem kimi Zidanın “Marsel” komandası ilə qarşılıqlı əlaqələri göstərilir. Ötənlərin məşhur futbolçusu bu klubun çoxdankı azarkeşidir. Bu səbəbdən, PSJ fanatları onun təyinatına neqativ yanaşa bilərlər.