100 il əvvəl Everestdə itkin düşən alpinistin qalıqları aşkar edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “National Geographic”, məlumat yayıb.
Nəşr bildirir ki, 100 il əvvəl Everestə qalxmağa cəhd edərkən ölən alpinistin qalıqlarının dağda aşkar edildiyi güman edilir.
Onların sözlərinə görə, Endryu İrvin və məşhur alpinist Corc Mallori 1924-cü ilin iyununda Everestə qalxarkən itkin düşüblər.
Mallorinin qalıqları 1999-cu ildə tapılıb. Alpinistlərin ölüm səbəbləri hələ də məlum deyil.
“Alpinistin yoxa çıxmasından 100 il sonra National Geographic-in kəşfi… bütün zamanların ən böyük macəra sirlərindən birinə yeni ipucları əlavə edə bilər”, – jurnal yazır.
Xuraman Etibarlı
İnterpress.az