Apple satışlar başlamazdan əvvəl alınan iPhone Duo telefonlarını bloklayıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, Apple satışa rəsmi çıxmamış alınan iPhone Duo cihazlarının server üzərindən aktivləşdirilməsini dayandırıb.
Telefonu əvvəlcədən quraşdırıb aktivləşdirməyə nail olan istifadəçilər cihazdan zavod parametrlərinə sıfırlanana qədər istifadə edə biləcəklər. Sıfırlamadan sonra isə telefonu yenidən aktivləşdirmək mümkün olmaya bilər.
Qeyd edək ki, daha əvvəl Rusiyada ilk qatlanan iPhone-un 1,6 milyon rubla satıldığı bildirilmişdi.
Xuraman Etibarlı
İnterpress.az






