Balıqçılar sahildən 3 kilometr aralıda kenqurunu XİLAS ETDİLƏR – VİDEObackend

Balıqçılar sahildən 3 kilometr aralıda kenqurunu XİLAS ETDİLƏR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyalı balıqçılar sahildən 3 kilometr aralıda boğulmaq üzrə olan kenqurunu xilas ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Avstraliyanın Port-Linkoln şəhəri yaxınlığındakı Boston körfəzində balıqçı gəmisinin heyəti açıq dənizdə üzməyə çalışan kenquru görüb.

Sahildən təxminən 3 kilometr aralıda olan heyvanın taqətdən düşdüyü və suda boğulmaq təhlükəsi ilə üzləşdiyi məlum olub.

Balıqçılar xüsusi eniş qapısından istifadə edərək heyvanı ehtiyatla göyərtəyə çıxarıblar.

Soyuqdan və yorğunluqdan ayaq üstə güclə dayanan kenqurunu xilasetmə əməliyyatında iştirak edən dalğıc Ceyk Mürrey qucaqlayaraq sakitləşdirib.

İsti münasibəti hiss edən heyvanın kişinin qucağında rahatlaşaraq yuxuya getdiyi bildirilir.

Kenqurunun sahildən bu qədər uzağa necə düşdüyü isə məlum deyil.

Xuraman Etibarlı

İnterpress.az