Diaspor sədri İnterpress-in qonağı olub – FOTOLARbackend

Diaspor sədri İnterpress-in qonağı olub – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Solikamsk şəhərində Azərbaycan diasporunun sədri Uğur Əfəndiyev “İnterpress Media Qrupu”nun və Azərbaycanın ilk ixtisaslaşmış diaspor xəbər saytı olan “Diaspor.az”ın redaksiyasının qonağı olub.

İnterpress.az xəbər verir ki, diaspor sədri sözügedən redaksiyaların fəaliyyəti ilə tanış olub.

Görüşdə Azərbaycan Türkiyə Evinin (ATEV) icraçı direktoru, “İnterpress Media Qrupu”nun və “Diaspor.az” saytının baş redaktoru Toğrul Allahverdili də iştirak edib.
T.Allahverdili redaksiyanın fəaliyyəti ilə bağlı U.Əfəndiyevə bəzi məlumatlar verib.

Eyni zamanda, görüşdə Azərbaycanı xaricdə təmsil edən diaspor təşkilatlarının fəaliyyətləri də müzakirə olunub.

Bildirilib ki, diaspor təşkilatları mətbuatla sıx əməkdaşlıq etməli və birgə fəaliyyət göstərməlidir.

U.Əfəndiyev qonağı olduğu hər iki saytın Azərbaycanın diapsor təşkilatlarının fəaliyyətlərini yaxından işıqlandırdığını bildirib.

Qeyd edək ki, U.Əfəndiyev “İnterpress.az”a geniş müsahibə verib. Yaxın günlərdə müsahibə oxuculara təqdim olunacaq.

İnterpress.az

Diaspor sədri İnterpress-in qonağı olub - FOTOLAR

Diaspor sədri İnterpress-in qonağı olub - FOTOLAR

Diaspor sədri İnterpress-in qonağı olub - FOTOLAR

Diaspor sədri İnterpress-in qonağı olub - FOTOLAR