İnterpress.az xəbər verir ki, paradda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın iştirak edirlər.
Hərbi paraddan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin məşhur aviaqrupu – \”Türk ulduzları\” Bakı səmasında uçuşlar edəcək.
Xatırladaq ki, 1918-ci il sentyabrın 15-də Bakı şəhərinin Qafqaz İslam Ordusunun köməyi ilə erməni-bolşevik quldur dəstələrinin əsarətindən azad olunması Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.
Bakının azad olunması həm də Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir.
İnterpress.az