Paytaxta müşahidə edilən problemlərlə bağlı \”Azərsu\” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib ki, yağıntının miqdarı həddindən çox olub:
“Bu səbəbdən də Bulvar ərazisində Sahil kollektoru iki istqamətdə dənizə açılıb. Daxil olan suların hamısını kollektor qarşılayıb apara bilmirdi. Daha çox yağıntı Yasamal, Nəsimi, Binəqədi rayonları ərazisində müşahidə edilib. Abşeron, Qaradağ rayonlarına yağış düşməyib”.
A.Cəbrayıllı qeyd edib ki, bəzi ərazilərdə evləri, həyətyanı sahələri su basıb, tunellərdə su yığılıb.
\”Rəşid Behbudov küçəsi istiqamətində binaların zirzəmilərində yerləşən obyektləri su basıb. Bakı Su Kanalar İdarəsi və rayon su kanal idarələrinin bütün əməkdaşları əraziyə cəlb olunub, problem yaranan ərazilərdə maksimum vəziyyətdən çıxmaq üçün işlər görürlər. Yağış artıq səngiyib. Dənizə çıxışı açandan sonra Neftçilər prospekti, \”Azneft\” dairəsi, \”Sahil\” metrosu yaxınlığında yaranan problemi həll etmişik. Digər ərazilərdə subasmanın fəsadlarının aradan qaldırılması üçün əməkdaşlarımız səfərbər olunub”.
İnterpress.az