Avtomobillərdə siqaret çəkilməsinin qadağan olunması təklif edilirbackend

Avtomobillərdə siqaret çəkilməsinin qadağan olunması təklif edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin (MM) deputatı Araz Əlizadə avtomobillərdə siqaret çəkilməsinin qadağan olunmasını təklif edib.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, deputat bu təklifi MM-in Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında səsləndirib.

A.Əlizadə deyib ki, sürücünün siqaret çəkməsi idarəetmənin itirilməsinə səbəb ola bilər: “Sürücü siqareti çəkən zaman siqaretin külü şalvarına düşür, sürücü külü təmizləməyə çalışır, bu zaman da onun diqqəti yoldan yayınır. Ona görə də bunu qadağan etmək lazımdır”.

İnterpress.az