Ramil Usubovun müvafiq əmri ilə F.Azadəliyev Bakı Baş Polis İdarəsinin Əməliyyat Statistik İnformasiya şöbəsinin rəisi təyin olunub.
Xəbəri unikal.org-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov təsdiqləyib.
Xatırladaq ki, F.Azadəliyev 2014-cü ilin fevral ayından Goranboy rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Bu ilin fevral ayında daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Azadəliyev Fəqan Cəbrayıl oğlu tutduğu vəzifədən azad edilib, sərəncama götürülmüşdü.
İnterpress.az