“Ədalət hər şeyi ortaya çıxaracaq” – Sevil Nuriyevabackend

“Ədalət hər şeyi ortaya çıxaracaq” – Sevil Nuriyeva

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu jurnalist, Türkiyənin “Star” qəzetinin yazarı Sevil Nuriyeva özünün facebook səhifəsində yazıb.

“Bu dunya mərdləri də, namərdləri də ayırd edən yerdir. Nəhayətdə “Divan”a çıxacağıq…

Mənim Etimadım mərd doğuldu, mərd kişi kimi bu aləmi tərk etdi”, – deyə o qeyd edib.

S. Nuriyeva davamında bunları yazıb: “Cənnətdə onunla təkrar qovuşmaq ən böyük lazımdır arzumdur. Bu gün 7 c gündür ki, bu aləmi tərk etdi..

Mən ondan raziyam, dostları, iş gördüyü namuslu insanlar, qohumları ondan razıdır. Ağzı oruclu, qüsullu, ən son gun zəkat verərək dünyadan köçdü. Allah səndən razı olsun canımın içi. Sən İlyası necə görmək istəyirdinsə, məni necə görmək istəyirdinsə – sənə söz verirəm – hamısı olacaq…

Bu gün dostlarından, dostlarımdan mülk və yasin surəsi oxumasını xahiş edirəm. Məni tək qoymayan, dualar edən, başsağlığı verən, mənim çiynimə çiynini söykəyən həqiqi dostlarımıza təşəkkür edirəm.Allah sizləri qorusun və dərd verməsin.

Bu dünyada nəfəsim bədənimdən çıxan günə qədər Allah üçün, məfkurəm üçün, mübarizəm üçün Etimadım üçün, İlyasım üçün, dostlarım üçün yaxşı olmağa, mərd olmağa, mərhəmətli olmağa davam edəcəyəm. Acım dərindir və heç vaxt azalmayacaq.

Amma CƏNNƏTdə quvuşanadək dua edəcəyəm Etimad…

Səninlə fəxr etdim hər zaman…

Səninlə birlikdə keçirilən hər an bir ömür qədər qiymətlidir, əzizdir, ƏZİZİM.

Arxanda qoyduğun mərd adam adı üçün sağ ol CANIM.

İlyasa qoyduğun ən qiymətli muras budur. Məni gözlə əzizim, vaxt tamam olanda Allah cənnətində qovuşduracaq , İnşallah”.

Qeyd: Sənə alçaqcasına, qorxaqcasına, şərəfsizcəsinə hücum edən murdar isə hər iki dünyada bimar olacaq .Allahın ədalətinə sonsuz şükürlər olsun. Və Turkiyə dövlətinin ədaləti i hər şeyi şübhəsiz ortaya çıxaracaq. Qanımızı axıdan bişərəfin, namussuzun cəzasını ilahi ədalətə və Türkiyə dövlətinin ədalətinə buraxıram…”

“Ədalət hər şeyi ortaya çıxaracaq” - Sevil Nuriyeva

İnterpress.az