Türkiyənin turizm cənnətində zəlzələ baş verib. İnterpress.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu gün səhər saatlarında Antalyada 4 bal gcündə zəlzələ baş verib.
Məlumata görə, zəlzələ yerli saatla 03.26 (04.26) Antalyanın Qorqudeli rayonunda baş verib. Zəlzələnin yerin 78 kilometr dərinliyində baş verdiyi bildirilib.
Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun məlumatlarına görə, isə zəlzələnin episentri yerin 103 kilometr dərinliyində olub.
İnterpress.az






