Bağdad sakinləri ABŞ qoşunlarının İraqdan çıxmasını qeyd etmək üçün küçələrə çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Al Manar” məlumat yayıb.
Bağdad sakinləri ABŞ qoşunlarının İraqdan çıxmasını qeyd etmək üçün küçələrə çıxıblar.
Pentaqonun məlumatına görə, ABŞ və beynəlxalq koalisiya İraqda “Sarsılmaz qətiyyət” əməliyyatını rəsmi olaraq başa çatdırıb. Koalisiya qüvvələri və hərbi texnika Ərbil hava bazasından çıxarılıb.
Bununla İraqda 2014-cü ildən davam edən ABŞ rəhbərliyindəki hərbi missiya başa çatıb. Bundan sonra ölkənin təhlükəsizliyinə əsas məsuliyyət İraq qüvvələrinə keçib.
Xuraman Etibarlı
İnterpress.az






