Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 44 m2 olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və 2 ədəd məişət avadanlığı yanıb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 2 m2 sahədə əriyib.
İnterpress.az FHN-ə istinadən xəbər verir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İnterpress.az