Güclü qasırğa Türkiyəyə yaxınlaşırbackend

Güclü qasırğa Türkiyəyə yaxınlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aralıq dənizindən gələn siklon getdikcə güclənir və ölkə ərazisinə sentyabrın 30-da çatacaq.

Meteoroloqlar artıq qasırğaya ad tapıblar – “Medikeyn”.

İlk öncə qasırğanın Yunanıstan ərazisindən keçəcəyi ehtimal olunur. Burada küləyin sürətinin saatda 180 kilometrə çatacağı gözlənilir. Türkiyə ərazisinə çatan zaman isə küləyin sürətinin 70-120 km/saat-a düşəcəyi bildirilir.

Qasırğanın İzmirdən Antalyayadək sahilyanı əraziləri əhatə edəcəyi söylənilir.

Qeyd olunur ki, Türkiyənin müasir tarixində belə qasırğa olmayıb.(oxu.az)

İnterpress.az