Bunu “Reuters”ə müsahibəsində ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri deyib.
“Əgər rejim bunu etməsə, biz onlarla 2015-ci ildə İranla davrandığımız kimi hərəkət edəcəyik”, – Ceffri bildirib.
Diplomat əlavə edib ki, ABŞ “təcrid siyasəti”ni də tətbiq edə bilər.
“Əgər BMT Təhlükəsizlik Şurası sanksiyaları təsdiqləməsə, biz bunu Avropa Birliyi və asiyalı tərəfdaşlarımız vasitəsilə edəcəyik”, – deyə xüsusi nümayəndə bildirib.
İnterpress.az