Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 21 dekabr, 2018-ci il tarixində Milli Net-in Milli İnternet Mükafatı müsabiqəsində iştirak etmişdir. AGAT yaratdığı “Karabakh” adlı mobil tətbiqetmə müsabiqə çərçivəsində \”Azərbaycanı ən yaxşı tanıdan İnternet resurs” nominasiyası üzrə mükafata layiq görülmüşdür.
Mükafat mərasimində AGAT sədri Lalə Mehdiyeva “Karabakh” adlı mobil tətbiqetmənin müsabiqə çərçivəsində “ Azərbaycanı ən yaxşı tanıdan İnternet resurs” nominasiyası üzrə mükafata layiq görüldüyünə görə Milli Net-in təşkilat komitəsinə öz təşəkkürünü bildirmiş, mobil tətbiqetmənin mahiyyəti və gələcək planlarından bəhs etmişdir. L. Mehdiyeva öz növbəsində Milli Net-i 10 illik yubileyi münasibətilə təbrik etmiş və eyni zamanda xalqımızı qarşıdan gələn \”Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü\” münasibəit ilə tədbir iştirakçılarını təbrik etmiş, yeni ildə uğurlu fəaliyyət arzu etmişdir.
Qeyd edə ki, mərasimdə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edərək “Karabakh” adlı mobil tətbiqetmənin müsabiqə çərçivəsində “ Azərbaycanı ən yaxşı tanıdan İnternet resurs” nominasiyası üzrə təqdim etmişdir. O da öz növbəsində bu mobil tətbiqetməni yüksək qiymətləndiriyini vurğulayaraq, uğurlarının davamlı olmasını arzuladı.
Interpress.az