Bu barədə Aleksey Navalnı öz bloqunda yazıb.
Müvafiq məhkəmə hökmünün surətini 5 sutkadan çox gözlədiyini deyən A. Navalnı sənədin hələ də ona təqdim edilməməsinə etiraz olaraq ev dustaqlarının daşımalı olduğu “izləmə qolbağı”nı mətbəx bıçağı ilə kəsərək, şəklini bloqa yerləşdirib.
“Mən hər hansı sənəd olmadan ev dustağıyam. Qardaşım Oleq isə kamerada oturur. Axı adi halda heç bir təcridxana hökm olmadan insanı öhdəsinə götürməz. Yadınızdadırsa, hökmün oxunmasını qanunsuz olaraq “hökm hazırdır” bəhanəsi ilə yanvarın 15-dən dekabrın 30-a keçirdilər. Yəni, 139 cildlik cinayət işi və onlarla şahidin ifadəsi hakim Korobçenko tərəfindən 6 gün ərzində diqqətlə təhlil olunub. Bununla belə, ayın 30-da hökmü düz 7 dəqiqə ərzində səsləndirdilər. Amma oxuduqlarını bizə vermədilər, dedilər ki, hazır deyil”, – deyə o vurğulayıb.
A. Navalnıy bununla da apellyasiya şikayəti vermək imkanlarının məhdudlaşdırıldığını qeyd edib: “Məndən soruşurlar ki, siz apellyasiya şikayətini artıq vermisinizmi? Apellyasiya məhkəməsi nə vaxtdır? Hələ heç bir apellyasiya şikayəti yoxdur, ola da bilməz. Nə qədər ki, hökm əlimizdə yoxdur, biz ondan şikayət edə bilmərik”.
İnterpress.az