İnterpress.az İran mətbuatına istinadən bildirir ki, Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmhaninin Farsnews-a verdiyi müsahibə diqqəti cəlb edir. Müsahibədə İran rəsmisi generalın İraqda öldürülməsi xəbərinə münasibət bildirərək “Biz bu gün İraqda qan verməsək, İranın Sistan-Bəlucistan, Azərbaycan, İsfahan və Şiraz bölgələrində qan verməyə məcbur olacağıq” deyib.
Qeyd edək ki, İran ETTELAAT-nın keçmiş rəhbəri Əli Yunisinin də Kürd Birliyi Cəbhəsinin üzvləri ilə görüşdüyünə dair məlumatlar yayılıb. Cəbhənin rəsmi saytında yer alan məlumata görə, Əli Yunisi Azərbaycan türklərinin milli mənşəyi ilə bağla ağlasığmaz iddia səsləndirib. Yunisi Güney Azərbaycanda yaşayan türklərin azəri olmazdan əvvəl kürd olduqlarını iddia edib.
İnterpress.az