Millət vəkilinin sözlərinə görə, PKK üzvlərinin cəmi 53 faizi Türkiyə vətəndaşıdır. PKK-nın 47 faizini əcnəbilər təşkil edir. Bundan başqa PKK-ya qoşulanların yaşı azalaraq artıq 9-a düşüb. İndi 9 yaşlı uşaqlar da PKK-ya qoşulurlar: “9 yaşlı uşaq təkbaşına heç səhər yeməyi də yeyə bilməz. Ayaqqabısnı bağlaya bilməz. PKK-da ən aşağı ölüm yaşı 14-dür. Hansı ağılla 13-14 yaşlı uşaqların əlinə silah verib döyüşə göndərirlər? PKK üzvlərinin 40 faizinin yaşı 18-dən aşağıdır. Dünyada 18 yaşdan kiçik hər kəs uşaq hesab edilir. Uşaqlarınızdan belə istifadə edilməsinə imkan verməyin”.
Qeyd edək ki, millət vəkilinin oğlu 2008-ci ildə PKK silahlılarının təşkil etdiyi hücumda öldürülüb.
Elnarə
İnterpress.az