İnterpress.az bildirir ki, bu barədə Amerikadakı hərbi portal xəbər verib.
Məlumata görə, 2008-ci ildə İraq ABŞ-a 140 “Abrams” tankı sifariş etmişdi və 2010-cu ildə sifarişlər ünvanına çatdırılmışdı. Bundan əlavə 21 tırtıllı zirehli evakuasiya maşını və tankların daşınması üçün 60 yük maşını alınmışdı.
2014-cü ilin yayında terrorçu İŞİD İraq ordusunun 40 tankını ələ keçirib.
Keçən ilin dekabrında İraq ABŞ-dan F-16 qırıcılarının alınması barədə müqavilənin yerinə yetiilməməsinə aydınlıq gətirilməsini istəyib. İraq parlamentinin təhlükəsizlik və müdafiə komitəsinin rəhbəri Hakim Əz-Zamili bəyan edib ki, rəsmi Bağdad beynəlxalq məhkəməyə müraciət etmək haqqını özündə saxlayır. İraq sifariş verilən hərbi texnikanın ünvana çatdırılmayacağı təqdirdə pulunu geri istəyir.
Sentyabrın əvvəllərində ABŞ F-16 təyyarələrin satışıyla bağlı konktraktın reallaşmasını İŞİD-ın hücumlarına görə qeyri – müəyyən müddətə dayandırıb. Vaşinqtondan verilən açıqlamaya görə, ABŞ İraqa adıçəkilən texnikanı Bağdadın 70 km şimalında yerləşən Balad hərbi bazasının yerləşdiyi rayonda stabilliyin bərpa olunmasından sonra verəcək.
İnterpress.az