İnterpress.az xəbər verir ki, Tacikistanın Təhsil Nazirliyi missiyası bəlli olmadığından Gülən məktəblərinin bağlanmasına qərar verib. Qərarı nazirliyin təmsilçisi Rahimjon Saidov açıqlayıb. Onun sözlərinə görə, Gülən hərəkatının məktəbləri ilə bağlanan müqavilə 2015-ci ilə qədərdir. Nazirlik müqavilənin müddətini uzatmayacaq.
Tacikistanın Elm və Təhsil naziri Nuriddin Saidov da əvvəlki açıqlamalarında bu məsələnin prezident İmamali Rahman ile müzakirə edildiyini bildirmişdi.
İnterpress.az