Dünyada müsəlmanlara hücum başladıbackend

Dünyada müsəlmanlara hücum başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Belçikanın şərqindəki Verviers şəhərində Cəmil Kaya adlı bir Türkiyə vətəndaşını polis güllələyib. Polisdən verilən xəbərə görə, Nevşehir vilayətinin Kozaklı rayonuna qeydiyyatlı, 45 yaşlı və 4 uşaq atası Kaya səhər gedərkən bıçaq daşıdığına görə onu saxlamaq istəyən polislə mübahisə edib. C.Kaya sinəsindən vurulub.

Bolqarıstanın Filibe şəhərində Osmanlı zamanından qalan Hüdavendigar məscidinə hücum edilib. Yerli polisdən bildirilib ki, xalq arasında Cumaya məscidi kimi tanınan məscidə bir nəfər hücum edib. Şahidlərin sözlərinə görə, məscidin girişinə yanıcı maddə tökən şəxs qapını yandıraraq qaçıb gedib. Yanğın məscidin mühafizəçisi tərəfindən qısa zamanda söndürülüb. Hücumçu benzindoldurma məntəqəsindən yanacaq alarkən polis tərəfindən tutulub. Hücum edən daha əvvəl – 2005 və 2006-cı illərdə müxtəlif zorakılıq hadisələrində iştirak edərək iki dəfə məhkum olunub.

Qeyd edək ki, İngiltərədə nifrət cinayətlərini araşdıran QHT-lər də ölkədə müsəlman qadınları hədəf alan hücumların artdığına diqqət çəkiblər.
Britaniya Müsəlman Şurasının sözcüsü Xəlil Çarlz İngiltərədə yaşayan müsəlmanların getdikcə özlərini daha çox təhlükədə hiss etdiklərini bildirib: “Qadınların qorxudulduğu bəzi hadisələr olub. Bundan başqa məscidlərə girib – çıxarkən bizi təhqir edənlər də var”.

X.Çarlz deyib ki, ingilis hərbçisi Li Riqbinin 2013-ü ilin 22 mayında bıçaqlanaraq öldürülməsindən sonra Britaniyada müsəlmanlara qarşı nifrət cinayətləri artıb. Aparılan sorğulara görə, müsəlman gənclik İngiltərədəki gələcəyindən bədbindir.

Mərkəzi Londonda yerləşən Müsəlman Təşəbbüs və İnkişaf Təşkilatının direktoru (MEND) Şenaz Bunqlavala da Britaniyada müsəlmanlara qarşı nifrət cinayətlərinin artdığını deyib. “İngiltərə Daxili İşlər Nazirliyinin məlumatlarına görə, 2013-cü ilin martından 2014-cü ilin martına qədər inanclı insanları hədəf alan cinayətlər 45% artıb. 43 polis məntəqəsindən aldığımız informasiyalara görə, ümumilikdə 2723 dini təmayüllü nifrət cinayətinin 425-i müsəlmanlara qarşı törədilib”.

Ş.Benqlavala bu məlumatalara London polis mərkəzinin informasiyasının daxil edilmədiyini qeyd edib. MEND-in hesablamasına görə, İngiltərədə inanclılara qarşı işlədilən nifrət cinayətləri ən çox müsəlmanları hədəf alır: “Ölkə əhalisinin 5%-ni müsəlmanlar təşkil etsə də, onlara qarşı işlənən cinayətlər 16-19%-dir”.

İnterpress.az