İnterpress.az xəbər verir ki, bunu HDP-nin həmsədri Səlahəddin Dəmirtaş bildirib.
Dəmirtaşın sözlərinə görə, bu barədə Öcalanla İmralıdakı görüşündə PKK lideri özü ona deyib: “İmralıda onunla söhbətimiz zamanı bildirdi ki, qapılar açıq olsa da həbsxanadan çıxmayacaq. O deyir ki, həbsdən çıxmaqda heç bir mənası yoxdur, çünki onun həbs edilməsi səbəbləri hələ aradan qalxmayıb”.
Öcalanın 3 ildən çox müddətdə vəkil xidmətindən yararlanmadığını deyən HDP rəsmisi həbsi ədalətli hesab etməyib.
Xatırladaq ki, Öcalan 16 il əvvəl Keniyada həbs edilib.
İnterpress.az