Bu barədə Livanda nəşr olunan “Əs-Səfir” qəzeti məlumat yayıb. “Bizim aldığımız informasiya göstərir ki, Fransa ərazisində yeni terror aktları hazırlanır, ola bilsin ki, onlar “Charlie Hebdo” jurnalına qarşı törədilən terrordan daha amansız olsun”, – deyə qəzetə məktub göndərən kəşfiyyat nümayəndəsi bildirib.
Terror aktlarının Suriyadan qayıtmış və ya Suriyadakı qruplaşmalarla bağlılığı olan silahlılar tərəfindən hazırlandığı güman olunur.
İnterpress.az