“Onlar peyğəmbəri daha çox təhqir etdilər”backend

“Onlar peyğəmbəri daha çox təhqir etdilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Məhəhmməd peyğəmbərin mövluduyla bağlı təşkil olunana mərasimdə çıxışına “ölkəmizi təkfirçi terrorçular və İsrail təhlükəsinə qarşı qoruyan sərhəddəki əsgərlərimizi, Suriyadkı müharibəyə qatılaraq terrorun ölkəmizə gəlməsinə əngəl olan islami müqavimətin üzvlərini və şəhidlərini salamlayıram” deyərək başlayan Nasrullah terrorçuları əslində peyğmbəri təhqir etdiklərini bildirib.

“Tarixə baxın. Allahın peyğəmbəri həzrəti Məhəmmədi tarix boyu heç kim bu qədər aşağılamamışdı. Hücumu edənlər Allahın peyğəmbərinə kitab yazıb aşağılayıcı filmlər çəkənlərdən daha ağır təhqir etdilər. Bu dövrdə bəzi terrorist qruplar islam bayrağı və peyğəmbərin adı altında öz iyrənc, dəhşətli və insanlıqdan kənar hərəkətlər edirlər. İslam dini və peyğəmbərinə düşmənlərindən daha ağır təhqir edirlər.

Bu hücum edənlərin Allahın rəsulu Məhəmməd peyğəmbəri təmsil etdiyini deyə bilərikmi? Zalım və vəhşicə cinayətlər edən, İraqdan Yəmənə və Əfqanıstana qədər geniş coğrafiyaya yayılan bu terroristlər indi də özlərini bizə göndərən Qərb ölkələrinə çevirdilər.”

İnterpress.az