İnterpress.az-ın dünya VİK-lərinə istinadən verdiyi xəbərə görə, Livanın şimalında yerləşən Tripoli şəhərində Şiələrin məşkunlaşdığı məhəlləyə bombalı hücum edilib.
Hadisə şahidlərinin bildirdiyinə görə, hücum terrorçu-kamikadze tərəfindən həyata keçirilib.
Belə ki, insanların kafeyə toplaşdığını görən kamikadze oraya daxil olaraq özünü partladıb. Nəticədə 7 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
Ölənlərin sayının artacağı istisna edilmir.
Hələlik baş vermiş terror aktını heç bir qruplaşma öz üzərinə götürməyib.
İnterpress.az