İtmiş təyyarənin qara qutusu tapıldıbackend

İtmiş təyyarənin qara qutusu tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməliyyat qrupu bildirir ki, ərazi skan edilərkən 30 metr dərinlikdə 10 х 4 х 2,5 ölçülü obyekt aşkar olunub.

Bundan əvvəl sudan təyyarənin quyruq hissəsi çıxarılıb.

Xəbər verilir ki, axtarış qrupu lokatorlar vasitəsilə aşkar edilən parçanın yaxınlığında “qara qutuların” tapılacağına ümid edir.

Bu arada hava şirkətinin rəhbəri Tony Fernandes QZ8501 reysinə məxsus “qara qutunun” tapılmasına dəlalət edən “əsaslı məlumatın” olduğunu bildirib.

Cümə günü təyyarənin quyruğunun tapıldığı yerdən “qara qutu” nun ötürdüyü siqnallara bənzər səs qeydə alınıb.

Axtarış əməliyyatı pis hava şəraitinə görə bir neçə dəfə təxirə salınıb.

Göyərtəsində 162 adam olan Airbus A320-200 təyyarəsi dekabrın 28-də İndoneziyadan Sinqapura yollanarkən yoxa çıxıb.

AirAsia şirkətinin yaydığı məlumata əsasən, yoxa çıxmaqdan əvvəl QZ8501 reysilə uçuş həyata keçirən təyyarə pis hava şəraitilə bağlı marşrutun dəyişdirilməsi üçün dispetçer xidmətinə müraciət etmişdi.

Qəzanın səbəbləri müəyyən edilməyib.

İnterpress.az