İnterpress.az xəbər verir ki, vilayətin Şulı şəhərində bir şəxsin partlayıcı maddə daşıması barədə polisə xəbər verilib. Polis hadisə yerinə gələndə şübhəli şəxs baltayla polislərə hücum edib. Onun üstündəki partlayıcını işə salmaq istədiyi və buna görə də polis tərəfindən güllələndiyi bildirilir.
Təhlükəsizlik qüvvələri vurulan adamla məşğul olarkən daha 5 nəfər üzərlərindəki partlayıcını işə salmaq istəyib. Polis onları da güllələyib. Öldürülənlərin şəxsiyyəti açıqlanmayıb.
Çində keçən ilin əvvəlində qüvvəyə minən qanuna əsasən bölgədə genişmiqyaslı tədbirlər həyata keçirilir. Beynəlxalq təşkilatlar və bir çox xarici mətbuat Çinin “təhlükəsizlik” məqsədilə insan haqlarını kobud surətdə pozduğunu qeyd edir.
İnterpress.az