İnterpress.az xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın Beynəlxalq Məsələlər və Təhlükəsizlik İnstitutunun rəhbəri Stepan Safaryan bildirib.
Erməni politoloqun sözlərinə görə, danışıqlardan çıxmağı təklif edənlər ucuz populizmlə məşğuldurlar və “düşmən dəyirmanına su tökürlər”.
Safaryan bildirib ki, Azərbaycan ATƏT-in Minsk qrupunun indiki formatını dəyişmək və öz istədiyi formaya salmaq istəyir: “Ermənistanın danışıqlar prosesindən çıxması Azərbaycanla yanaşı Türkiyə və Rusiyaya da sərf edir. Türkiyə münaqişənin həllində rolunu artırmaq, Rusiya isə Qərbin təsirini maksimum azaltmaq məqsədini güdür”.
İnterpress.az