İnterpress.az BBC-yə istinadən xəbər verir ki, Ermənistan Polisi mətbuat xidmətinin nümayəndəsi Armen Malxasyan Gümri şəhər sakinləri Avetisyan ailəsinin 6 üzvünün odlu silahla öldürüldüyünü təsdiq edib. Hadisə bazar ertəsi saat 6:30 radələrində baş verib.
Polisin məlumatına görə, hadisə yerində 54 yaşlı Seryoja Avetisyan, onun arvadı, oğlu ilə gəlini və iki uşaq (biri 2 yaşında) meyiti olub. İti alətlə qarın nahiyəsindən yaralanmış 6 aylığı bildirilən oğlan uşağının cərrahiyə əməliyyatından sonra vəziyyəti ağır stabil kimi qiymətləndiriilir.
Hadisə yerində Ermənistan prokurorluğunun əməkdaşları və Gümridə yerləşən 102-ci Rusiya hərbi bazasının nümayəndələri işləyir.
Hadisə yerində 5,45 mm çaplı Kalaşnikov tipli avtomat patronları və bir ədəd avtomat darağı aşkar edilib.
İlkin məlumatlara görə, cinayəti törətməkdə Rusiya hərbi bazasında xidmət keçən və hadisədən qabaq hərbi hissədən “qaçmış” Valeri Pavloviç Permyakov şübhəli bilinir.
Ermənistan polisi 102-ci Rusiya bazasının hərbçisi Valeri Permyakov barəsində axtarış elan edib
Ermənistan polisi Valeri Permyakov barəsində axtarış elan edib və onun öz saytında onun şəklini çap edib.
Gümri şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib. Şəhərin girəcəklərində silahlı polis postları qurulub. Məktəblərdə dərslər təxirə salınıb, məktəb binalarında da polis əməkdaşları növbətçilik təşkil edib.
İnterpress.az