İnterpress.az-ın aa.com.tr-yə istinadən verdiyi xəbərə görə, bu barədəf Türkiyə Böyük Millət Məclisində (TBMM) yaradılmış araşdırma komissiyasının hesabatında məlumat verilib.
Hesabata görə, komissiyanın apardığı araşdırmalardan sonra sabiq daxili işlər naziri Muammer Güler, sabiq iqtisadiyyat naziri Zəfər Çağlayan, Avropa İttifaqı məsələləri üzrə sabiq nazir Egemen Bağış və sabiq ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraktarın adları keçən cinayət işləri nəzərdən keçirilib.
Materiallarda Konstitusiya Məhkəməsinə çıxarılması üçün yetərli dəlillər olmadığı qərara alınıb.
İnterpress.az